Lerikdə meşəlik ərazidən avtomat silahlar tapıldı

22 Yanvar 2025 08:54

Lerik rayonunda "Palıdlıq" adlanan meşəlik ərazidən silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 3 ədəd "Kalaşnikov" markalı avtomat silahlar və həmin silahlara aid 25 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanan 10 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az