"Fənərbağça" qışda ilk transferini gerçəkləşdirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, İstanbul klubu Dieqo Karlosla anlaşdığını açıqlayıb.
Braziliyalı müdafiəçi gecə saatlarında Türkiyəyə gələcək. Bu transfer "Fənərbağça"ya 11 milyon avroya başa gəlib. İstanbullar bu məbləği "Aston Villa"nın hesabına 4 mərhələdə köçürəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsümdə 11 oyunda meydana çıxıb.
Milli.Az