Azərbaycan səmasında görünən uçan obyekt nədir? - Rəsmi açıqlama

22 Yanvar 2025 00:32

Bu gün səmada müxtəlif vaxtlarda müəyyən görüntülər müşahidə olunub.

Milli.Az xəbər verir ki, bu barədə gün ərzində Baku.ws-in "qaynar xətti"nə müxtəlif videogörüntülər göndərilib.

Gəncə, Daşkəsən, Şəmkir və paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür. Səmada hərəkət edən obyekt bir saat müddətində müşahidə olunub.

Bəs müşahidə edilən bu naməlum obyekt nədir?

Məsələ ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov Baku.ws-ə açıqlamasında bildirib ki, bu görüntülər müxtəlif səbəblərdən yarana bilər.

"Əvvəla qeyd edim ki, bu, astronomiya ilə bağı hadisə deyil. Yerdə baş verən proseslərdən dolayı yaranan görüntülərdir. Gözlə görünürsə, bu kosmik peyklər də ola bilər. İlon Maskın şirkəti orbitə peyk buraxıb. Onlar birgə uçursa, uzun bir quyruq yaradır. Adi gözlə də görmək olur", - deyə ekspert bildirib.

Nəriman İsmayılov deyir ki, insanların görüntüyə müxtəlif ad verməsi isə tamamən cəfəngiyyatdır:

"Naməlum uçan obyektə həyatımız boyu rast gəlinməyib. Bütün bunların hamısı uydurma şeylərdir. İnsanları yalandan aldadırlar. Şəkil çəkirlər. Boşqab şəkli çəkirlər. Lakin elmi araşdırmalarda, real bir foto belə yoxdur".

Həmin görüntüləri təqdim edirik:

Milli.Az