Meymunçiçəyinin əlamətləri nələrdir?

22 Yanvar 2025 07:15

Qızdırma, baş ağrısı və bədənin müxtəlif nayihələrində səpkilər son vaxtlar dünya ölkələrində geniş yayılan və Azərbaycanda da qeydə alınan meymunçiçəyi infeksiyasının əlamətləridir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "Xəzər Xəbər"ə müsahibəsində deyib ki, sözügedən infeksiya gizli dövrdən sonra başlayır və əsasən immun çatışmazlığı olan insanların yoluxma ehtimalı yüksəkdir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, infeksionist deyib ki, xəstəlik bu əlamətlərin olduğu dövrdə bir insandan digərinə yoluxa bilər.

Mütəxəssis onu da qeyd edib ki, hospitalizasiya tələb edilməyən xəstələr evdə izolyasiya olunmalıdırlar. Meymunçiçəyinə yoluxan insanlar, xüsusən də tənəffüs yolları ilə bağlı simptomlar olduqda, tibbi maska taxmalıdırlar. Bundan başqa, digər insanlarla təmas riskini minimuma endirmək üçün xəstələrin dərisi mümkün qədər örtülməlidir.

Milli.Az