“Qalatasaray” “Dinamo” ilə heç-heçə etdi

21 Yanvar 2025 22:23

Türkiyənin "Qalatasaray" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi VII turda doğma meydanda Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) qəbul edib.

"Rams Park"da təşkil olunan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Görüşü estoniyalı baş hakim Kristo Tover idarə edib.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran "Qalatasaray" 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan "Dinamo" isə sonuncu - 36-cı yerdədir.

Milli.Az