"İflic ola və ölə bilərdim" - VİDEO

21 Yanvar 2025 16:45

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Nəbioğlunun efir zamanı halı pisləşmişdi.

Milli.Az xəbər verir ki, o, veriliş zamanı həmin olaydan danışıb.

Teleaparıcını onu reytinq naminə bunu etməkdə ittiham edənlərə efir vasitəsilə cavab verib.

"Reytinq üçün olsaydı, uzaqda deyildim. ATV-də 6-cı mərtəbədəyik,  5-ci mərtəbədə yıxılmışdım. Gəlib çəkiliş etmək 1 dəqiqəlik iş idi. 215 təzyiqlə insan iflic ola bilər, dünyasını dəyişə bilər. Anama görüntülü zəng edib, sadəcə şoudur dedim, aldatdım. Ancaq başa düşdü. Axşam xəstəxanada yanımda idi. Bunu ölümdən dönmək kimi qəbul edirəm".

Hüseyn 
Milli.Az