"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo özünün "The Special One" adlı şərab brendini istifadəyə verdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumat brendin rəsmi saytında yer alıb.
Mourinyo yeni layihəsi haqqında danışaraq bildirib:
"Bütün işlərimdə dəqiqlik, keyfiyyət və mükəmməlliyə böyük önəm verən biri kimi, öz şərabımı təqdim etməkdən qürur duyuram. Bu, Portuqaliyanın sevimli bölgəsində hazırlanır və xüsusi seçilmiş üzümlərdən əldə edilir."
Brendin dizaynı da xüsusi diqqət çəkir. Qırmızı şərab unikal qablaşdırmada - Mourinyonun siluetini əks etdirən etiketli qutuda təqdim olunur. Bir şüşə şərabın qiyməti 120 avrodur.
Milli.Az