“Qarabağ” - "FCSB" oyununu o idarə edəcək

21 Yanvar 2025 15:47

Bakıda "Qarabağ" və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun oyununun təyinatları bəlli olub.

Milli xəbər verir ki, UEFA yanvarın 23-də Bakıda təşkil olunacaq görüşü Slovakiyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşün hakim-inspektoru isveçli Martin Hansson, UEFA nümayəndəsi isə belaruslu Natalya Vorobyova olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq "Qarabağ" - FCSB qarşılaşması saat 21:45-də start götürəcək.

Milli.Az