Bakıda maşın almaq istəyən şəxs alverçinin "qurbanı" oldu - Görün nə fırıldaq edib? - VİDEO

21 Yanvar 2025 12:00

Bakıda avtomobil alıcısı alverçilərin "qurbanı" oub.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Alverçidən "Cruze" alan avtomobil sahibi yaranan texniki nasazlıqla əlaqədar ustaya müraciət edib. Məlum olub ki, avtomobilin mühərrik və yanacaq sistemindəki nasazlığı bildirən işarələrin üstü gizlədilib.

Belə ki, "check engine" işığı yanmasın deyə alverçi onun üstünü bağlayıb.

"Check engine" və ya "injektorun işığı" nəyi bildirir?

"Check engine" işığı (mühərrik yoxlama işığı) avtomobilin idarəetmə sistemində hər hansı bir problemin olduğunu bildirən xəbərdarlıq işığıdır. Bu işıq yanarsa, avtomobilin mühərrik, emissiya və ya elektron idarəetmə sistemlərində nasazlıq ola bilər. Problemin ciddi və ya kiçik olduğunu dəqiq öyrənmək üçün diaqnostik cihazdan istifadə etmək lazımdır.

"Check engine" işığının yanmasının əsas səbəbləri arasında aşağıdakılar ola bilər:

"Check engine" işığı yanarsa avtomobili dərhal yoxlamaq və problemin nə olduğunu müəyyən etmək üçün mütəxəssisə müraciət etmək tövsiyə olunur. Ciddi problemləri vaxtında aradan qaldırmamaq mühərrikə və digər komponentlərə böyük ziyan vura bilər.

Qeyd edək ki, bəzi avtomobillərdə bu işıq sürətlər qutusu ilə bağlı nasazlıqları da bildirir.

İslam
Milli.Az