Blinkenin yerinə o gəldi - Rəsmən təsdiqləndi - FOTO

21 Yanvar 2025 10:22

Bazar ertəsi ABŞ Senatı yekdilliklə Respublikaçı senator Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bununla da prezident Donald Tramp administrasiyasının ilk kabinet üzvü təsdiqlənmiş olub.

99-0 səs nisbəti ilə təsdiqlənən Rubio dövlət katibi kimi ölkənin baş diplomatı və bu vəzifəni tutan ilk Latın Amerikalısı olub. O, Antoni Blinkendən vəzifəni təhvil alıb.

Keçmiş dövlət katibi Blinken Tramp administrasiyasının Baydenin Qəzzada müharibəni dayandırmaq və Ukraynaya Rusiyanın məqsədlərinə qarşı kömək etmək siyasətini davam etdirəcəyinə ümid etdiyini bildirib.

Fidan
Milli.Az