ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk günündə ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması ilə bağlı sərəncam imzalayıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Tramp ÜST-ü COVID-19 pandemiyasını və digər xəstəlikləri səhv idarə etməkdə ittiham edib.
Trampın sərəncamına əsasən, ABŞ 12 ay sonra ÜST-dən rəsmi olaraq çıxacaq və bu müddət ərzində təşkilata maliyyə töhfələrini dayandıracaq. Qeyd edək ki, ABŞ ÜST-ün ən böyük maliyyə dəstəkçisidir və onun ümumi maliyyəsinin təxminən 18%-ni təmin edir.
ÜST-ün 2024-2025-ci illər üçün büdcəsi isə 6,8 milyard dollar təşkil edir.
Xatırladaq ki, Donald Tramp 2020-ci ildə prezidentliyinin ilk müddətinin sonunda da ABŞ-ı ÜST-dən çıxarmışdı. Lakin bu qərar sonrakı prezident Co Bayden tərəfindən ləğv edilmiş və ABŞ təşkilata yenidən qoşulmuşdu.
Fidan
Milli.Az