O qədər istidir ki...
10 İyul 2012 10:07
Milli.Az "First Coast News"a istinadən bildirir ki, Vaşinqton federal dairəsinin ərazisindəki Ronald Reyqan milli hava limanında (Reagan National Airport) "U.S. Airways" aviaşirkətinə məxsus təyyarə uçuş-eniş zolağında ikən asfalta batmağa başlayıb.
Hava limanının texniki xidməti təyyarəni xüsusi avtomobillərlə dartıb çıxarmağa çalışsa da, bir nəticə hasil olmayıb.
Nəticədə təyyarədəki 50 sərnişindən 35-i yerə enib.
Sonda ağır yük maşını təyyarəni dartaraq ərimiş asfaltdan çıxarıb.
Milli.Az