Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindən 220 km cənub-şərqdə 3,1 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri Çinlə sərhəddən təxminən 70 km məsafədə yerləşib.
Episentrdə yeraltı təkanların intensivliyi MSK-64 şkalası üzrə 3,5 bal olub.
Milli.Az