Gündüzlər polis zabiti, gecələr fahişə...

10 İyul 2012 09:48
Milli.Az "Vatan"a istinadən bildirir ki, İstanbulun bəlli səmtlərində yaxalanmış transvestitlər arasındakı həmin adam Güngörən rayon polis idarəsinin zabiti, 28 yaşlı F.B.-dir. Polis gündüzlər asayiş keşikçisi, gecələr isə fahişə olan bu zabitin ad və soyadını açıqlamır.

Onun adı "www.fettanceyda.com" adlı saytda müştərilərə "xidmət"lərini təklif edən transvestitlər arasında idi.
Üstəlik, polis zabiti olan bu kişi qadın alt paltarı geyinərək yarıçılpaq halda şəkillər də çəkdirərək sayta yerləşdirmişdi.

Saytda F.B.-nin Bursa şəhərində qeydiyyata alınmış telefon nömrəsi də vardı.
İstanbul polisinin əməkdaşları saytda adı "Fettan Ceyda" kimi göstərilən "kişi" ilə telefon əlaqəsi yaradaraq sövdələşirlər və görüş barədə anlaşırlar.

Daha sonra "müştəri" olan polislər transvestit həmkarlarının "görüş mənzili"nə yollanırlar və onu həbs edirlər.

"Uşaqlıqdan bəri özümü qız kimi hiss edirdim. Kişi kimi yaşamağa özümü çox məcbur etdim, amma çətindi. Polisdə işləməyə başlayandan bəri bunu gizlədirəm. Gecələr isə pula görə yox, zövq üçün kişilərlə görüşürəm", - F.B. deyib.

F.B. polis sıralarından qovulub və onun haqqında cinayət işi qaldırılıb.

Milli.Az