İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək

21 Yanvar 2025 00:10

Kürdəmirdə itinə görə qonşusunu döyən 62 yaşlı şəxsə hökm oxunub.

Milli.Az xəbər verir ki, hadisə Kürdəmir rayonunun Yenikənd kəndində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Yəhyanın iti qonşusu Azadın arvadına hürüb. Azad isə Yəhyaya irad bildirərək ona itini niyə açıq saxladığını soruşub.

Yəhya onunla mübahisə edib, başı ilə Azadın sifət nahiyəsinə, əlindəki ağacla bədəninə vurub.

Məhkəmənin qərarı ilə Yəhya Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. (Qaynarinfo.az)

Milli.Az