Gülşən Ahıska vəfat etdi

20 Yanvar 2025 18:32

Bir müddətdir xərçəngdən müalicə alan tanınmış jurnalist, Türkiyə Jurnalistlər Cəmiyyətinin (TGC) üzvü  Gülşən Ahıska 67 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, Türkiyə Jurnalistlər Cəmiyyətinin İdarə Heyəti Gülsen Ahıskanın vəfatından sonra başsağlığı verib. 

"Uzun illər jurnalistika peşəsinə uğurla xidmət edən üzvümüz Gülşən Ahıskanın vəfatından dərin hüznlə kədərlənirik. Həmkarımızın ailəsinə və mətbuat ictimaiyyətinə başsağlığı veririk", - başsağlığı mesajında deyilir.

Gülşən Ahıskanın bu gün dəfn ediləcəyi bildirilir.

Gülşən Ahıska 1958-ci ildə Ərzurumda anadan olub. Kadıköy Ticarət Liseyini bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə "Sabah" qəzetində başlayıb. "Hürriyet" və "Yeni Günaydın" qəzetlərində çalışıb. O, TGC üzvü Özer Ahıska ilə evli idi. /News24.az

Milli.Az