"Neftçi"nin keçmiş futbolçusu milli komandanın direktoru oldu

20 Yanvar 2025 18:02

"Neftçi" klubunun sabiq müdafiəçisi İqor Mitreski Makedoniya millisində direktor vəzifəsinə təyin edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Makedoniya Futbol Federasiyası Mitreskini ölkənin gənclərdən ibarət (U-21) komandasına yeni direktor təyin edib.

Qeyd edək ki, bir müddət əvvəl Bakının "Zirə"sindən ayrılan daha bir makedoniyalı Borce Xristovun Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsini aldığı məlum olmuşdu.

Milli.Az