"Mənim adımla votsapdan dostlarıma mesajlar göndərib"

20 Yanvar 2025 18:04

İnfluenser Aynişan Quliyevanın da adından dələduzluq olunub.

Milli.Az bildirir ki, bu barədə o, özü sosial hesabında məlumat yayıb:

"Son günlər mənim adımla WhatsApp-dan dostlarıma mesajlar göndərilib, guya nömrəmi dəyişmişəm. Xəbəriniz olsun ki, nömrəmi dəyişməmişəm və heç kimə belə mesaj yazmamışam. Xahiş edirəm, bu tip mesajlara inanmayın və ehtiyatlı olun.

Milli.Az