Amerika Demokratiya Müdafiə Fondunun sədri, vəkil Mark Dubovitz, İranın ali rəhbəri Əli Xameneinin gülləkeçirməz jilet geydiyini iddia edib.
Milli.Az axar.az-a istinadla xəbər verir ki, o bununla bağlı X səhifəsində foto paylaşıb.
Dubovitz, Xameneinin İranda öldürülən məhkəmə hakimlərinin vida mərasimində iştirak edən şəklini nümayiş etdirərək, onun bu geyiminin altında gülləkeçirməz jilet olduğunu vurğulayıb.
Vəkilin sözlərinə görə, Xamenei, ona nifrət edən İran xalqından və İslam Respublikasının mümkün sonundan qorxduğu üçün belə bir təhlükəsizlik tədbirinə müraciət edir. Bu, Xameneinin öz mövqeyini və hakimiyyətini qorumağa çalışdığının göstəricisi olaraq qəbul edilir.
Milli.Az