Xalq artisti: “O gecə 4 nömrəli xəstəxanada yatırdım” - FOTO

20 Yanvar 2025 16:45

"1990-cı il o gün, 20 yanvar qaranlıq, qara buludlu qanlı yanvar gecəsi! Silah səsləri, insanların fəryadı, göz yaşları indi də qulaqlarımdadı. Bakının üzərini almış qara buludlu gecədə 4 nömrəli xəstəxanada yatırdım, o gecə nə qədər yaralılar gətirirdilər xəstəxanaya!".

Milli.Az bildirir ki,  bu sözləri Xalq artisti Mələykə Əsədova 20 Yanvar xatirələrini bölüşərkən yazıb.

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar paylaşım edən aktrisa bu gecəni heç vaxt unutmayacağını bildirib.

O, vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib.

Milli.Az