Qəhvə dənələrindəki gözlənilməz qonaqlar: Mikroskopik tarakan izləri

20 Yanvar 2025 12:35

Qəhvə bütün dünyada insanların sevimli içkisidir. Bəzi şəxslər üyüdülmüş qəhvə, bəziləri isə özləri hazırlayıb içməyə üstünlük verir. Amma qəhvə ilə bağlı son günlər dünyada elə açıqlamalar edilir ki, bu kofe sevənlər üçün elə də yaxşı xəbər sayılmaz.

Milli.Az xəbər verir ki, britaniyalı həkim Sermet Mejerin fikrincə üyüdülmüş qəhvənin içində tarakanların mikropkopik hissəcikləri olur. O bildirib ki, qəhvə dənələrinin yığılması, emalı və üyüdülməsi zamanı tarla anbar və istehsalat obyektlərində paxlalarla təmasda ola biləcək həşəratların mövcudluğun tamamilə aradan qaldırmaq mümkün deyil. Tarakanların əsasən qəhvənin yetişdirildiyi və emal edildiyi tropik və subtropik bölgələrdə geniş yayıldığı bildirilir. Amerika Qida Nəzarət şöbəsi bildirir ki, hər kisə qəhvə dənəsinin 10 faizi tarakan daxil olmaqla həşəratlarla çirkəndirilmiş ola bilər. Lakin bu, insan həyatı üçün təhlükəli deyil. Həkim onu da qeyd edib ki, dəniz məhsulları alergiyası olan insanlar bacardıqları qədər qəhvədən uzaq durmalıdırlar. 

Asya
​Milli.Az