Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni hökumət İran, Rusiya və İsrail mallarının ölkəyə girişinə qadağa qoyub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Suriya Tranzit və Limanlar İdarəsinin açıqlamasına görə, bu qərar Maliyyə Nazirliyinin 17 dekabr tarixli sirkulyarı əsasında qəbul edilib və bütün quru və dəniz sərhəd liman idarələrinə paylanacaq.
Bu qərar İran və İsrail vətəndaşlarının Suriyaya girişinin qadağan edilməsindən sonra qəbul edilib. Suriya hava yollarına da bu ölkələrin vətəndaşlarını daşımaq qadağan edilib.
Nərmin
Milli.Az