Xəzər dənizində zəlzələ oldu

20 Yanvar 2025 09:36

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Milli.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub.

Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.

Milli.Az