Amerikanın yeni seçilmiş Prezidenti Donald Trampın komandası Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatların istefasını tələb edib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu addım Co Baydenin gedən administrasiyası ilə yeni komanda arasındakı "kəskin fərqləri" vurğulamaq məqsədi daşıyır.
Məlumata görə, onlarla diplomat Trampın köməkçilərindən müvafiq göstəriş aldıqdan sonra yanvarın 20-də günorta saatlarında istefa verəcək.
Məcburi istefa verənlər arasında ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass və dövlət katibinin enerji resursları üzrə köməkçisi Geoffrey Pyatt da var.
Milli.Az