Rusiya bu ölkənin "bacısı" olacaq - Yermak

19 Yanvar 2025 20:20

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak Qərb mətbuatında dərc olunan Rusiyanın 2025-ci il üçün işğal planları ilə bağlı iddialara cavab verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ukrayna rəsmisi bu ildə Rusiyanın həm canlı qüvvə, həm də texnika baxımından daha çox itki verəcəyini bildirib.

"Rusiya Kiyevi üç günə planlaşdırırdı, Ukraynanın mövcudluğunu dayandıracağını deyirdi. Ayrı-ayrılıqda müəyyən siyasətçilər "Ukrayna yoxdur" söyləyirdi. Qısaca deyim: Rusiyanın hava hücumundan müdafiə sisteminin zəifləməsi və naməlum qüvvələrin gücləndirilməsi nəticəsində daha da çox infrastrukturu, insan və texnikasını itirməsi ehtimalı yüksəkdir", - deyə o qeyd edib.

Həmçinin, Yermakın fikrincə, əhali üzərində sərt nəzarətin yaradılması ilə Rusiyanın Şimali Koreyanın "bacısı" olma ehtimalı yüksəkdir.

Qeyd edək ki, "Velt" nəşrində yayımlanan məqalədə Rusiyanın bu il Ukraynanın 4 vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini tamamilə işğal edəcəyi bildirilib.

Milli.Az