93 yaşlı Ruhi Ayaz sağlam həyat sirrlərini bölüşüb. O, balanslı qidalanma, müntəzəm idman və sadə həyat tərzi ilə sağlamlığını qoruyur.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, Ruhi Dədə hər gün saat 06:00-da oyanır, 10 qaynadılmış yumurta ilə səhər yeməyi edir və ən azı 1 kilometr piyada gəzir. Mövsümi tərəvəzlərə üstünlük verir və qışda ispanaq, kələm, pırasa, yayda isə daha yüngül qidalar istehlak edir.
O, yeməklərində ölçüyə diqqət yetirir: ət və qatıq 100 qramdan çox olmur. Yeməklərə az miqdarda kolbasa və ya pastram (qurudulmuş ət) əlavə edir. İşləməyin insanı enerjili saxladığını bildirir və 75 yaşına qədər çalışıb.
Axşam saat 19:00-dan sonra yemək yemir, mədənin istirahət etməsinin vacib olduğunu vurğulayır. Sağlam həyat üçün su içməyə və həftədə 10-15 ədəd badam yeməyə diqqət yetirir. Ruhi Ayaz sağlam və uzun ömür üçün sadə, lakin nizamlı həyat tərzini məsləhət görür.
Milli.Az