"Ukraynada iqtisadi artım 2024-cü ildə 3, 2 faizədək azalıb, bu, enerji resurslarınln azalması və qış aylarında elektrik enerjisinin kəsilmələri ilə bağlı olub..."
Dünya Bankı hesab edir ki, Ukraynada müharibə cari ilin sonuna qədər davam edəcək.
Milli.Az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
"Son bir ildə Rusiya-Ukrayna müharibəsi Ukrayna əhalisinin 40 faizindən çoxuna birbaşa təsir edib", - məlumatda deyilir.
Dünya Bankı Ukrayna iqtisadiyyatının 2025-ci ildə artım tempinin 2 faizə qədər azalacağını proqnozlaşdırır. Bu proqnoz yanvar ayında dərc olunan "Global Economic Prospects"-in hesabatında qeyd olunur və müharibənin il boyu davam edəcəyi ehtimalına əsaslanır.
Dünya Bankının qiymətləndirməsinə görə, Ukraynada iqtisadi artım 2024-cü ildə 3,2 faizə qədər azalıb. Bu, enerji resurslarının azalması və qış aylarında elektrik enerjisinin kəsilmələri ilə bağlı çətinlikləri əks etdirir.
Bu çətinliklər ticarət və sənaye istehsalının inkişafını məhdudlaşdırıb. Bununla belə, infrastruktura qarşı davamlı hücumlara və digər maneələrə baxmayaraq, iqtisadiyyat əhəmiyyətli dayanıqlılıq nümayiş etdirib.
"Proqnoza əsasən, 2025-ci ildə iqtisadi artım 2 faizə qədər azalacaq, çünki aktiv hərbi əməliyyatların bütün il boyu davam edəcəyi gözlənilir. 2026-cı ildə isə aktiv döyüşlərin dayandırılması və istehlakla yanaşı bərpa işlərinə qoyulan investisiyalar hesabına artımın 7 faizə çatacağı gözlənilir," - deyə hesabatda bildirilir.
Qeyd edilir ki, son bir ildə münaqişə Ukrayna əhalisinin 41faizinə birbaşa təsir edib, bu da ciddi insan itkilərini və iqtisadi itkiləri vurğulayır. 2023-cü ildə müdafiə üçün hərbi xərclər ÜDM-in təxminən üçdə birini təşkil edib./moderator.az
Milli.Az