Türkiyə Suriya ilə sərhədə ağır texnika TOPLAYIR

19 Yanvar 2025 14:35

Türkiyə Suriya ilə sərhədə ağır texnika cəlb edir.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" portalı məlumat yayıb.

Qeyd olunub ki, Suriyanın Ayn Əl Arap (Kobani) şəhəri ilə üzbəüz yerləşən Şanlıurfanın Suruç rayonuna zirehli texnika və sursat göndərilib.

Bildirilib ki, Şanlıurfanın Aligör məhəlləsindən keçən hərbi konvoyun bir hissəsi Suriya sərhədinə çatıb.

Ağır texnikaların görüntüləri də portalda dərc edilib.

Milli.Az