"Barselona" antirekordunu təkrarlayıb

19 Yanvar 2025 11:21

İspaniyanın "Barselona" klubu ardıcıl doqquz oyunda qol buraxmaqla antirekordunu təkrarlayıb.

Milli.Az xəbər verir ki, bu, La Liqanın XX turunda "Xetafe" ilə baş tutan görüşdə (1:1) reallaşıb.

Kataloniya təmsilçisi La Liqada ardıcıl doqquzuncu oyunda qapısında top görüb. Belə hal sonuncu dəfə 2018-ci ildə Ernesto Valverdenin rəhbərliyi altında baş vermişdi.

Qeyd edək ki, hazırda "Barselona" turnir cədvəlində 39 xalla üçüncü yerdədir. "Xetafe" isə 20 xalla 16-cıdır./"report"

Milli.Az