Çində zəlzələ oldu

19 Yanvar 2025 08:32

Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Karamay şəhərinin Baytsantan (Cerenbulak) bölgəsindən 51 km şərqdə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı deyib.

Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 154 km aralıda olub.

Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə "kifayət qədər güclü" kimi qiymətləndirilib.

Milli.Az