Məhkəmə Cənubi Koreya prezidenti ilə bağlı qərar verdi

18 Yanvar 2025 23:08

Seul Qərb Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yolu fitnə-fəsad törətməkdə ittiham edərək haqqında həbs qətimkan tədbiri seçib.

Milli.Az xəbər verir ki, yanvarın 15-də yerli vaxtla səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə Departamenti Yun Sok Yolu həbs edib.

Bu həbs 48 saata hesablanıb və bu müddət ərzində hüquq-mühafizə orqanı növbəti həbsin zəruriliyi barədə qərar verməli olub.

Məhkəmə işə şənbə günü yerli vaxtla saat 14:00-da başlayıb.

Milli.Az