10 gün komada qalan vətəndaşımız öldü

18 Yanvar 2025 14:47

İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı ölüb.

Milli.Az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə 10 gün öncə İranın Culfa şəhərinə yaxın ərazidə baş verib.

Belə ki, TIR sürücüsü, Babək şəhər sakini 1986-cı il təvəllüdlü Nəvai Yasin oğlu Nəsirov sürücüsü olduğu avtomobilin qapısını açarkən başqa avtomobil onu vurub. Hadisədən sonra o, Təbriz şəhərində xəstəxanaya çatdırılıb.

Ağır bədən xəsarətləri alan N.Nəsirov xəstəxanada vəfat edib.

Onun nəşinin bu gün Naxçıvana gətiriləcəyi gözlənilir.

Milli.Az