"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq"

18 Yanvar 2025 14:27

Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq.

Milli.Az xəbər verir ki, bu barədə bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.

"Azərbaycanla Türkiyə arasında enerji istiqamətində əməkdaşlıq davam edəcək. Əsas hədəfimiz Qars-Naxçıvan dəmiryolu layihəsini ən qısa zamanda həyata keçirməkdir", - deyə nazir vurğulayıb.

Azərbaycan-Ermənistan sərhəd xətlərinin müəyyənləşməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edən nazir qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır.

Milli.Az