Rusiyanın paytaxtı Moskvada alt paltarında olan kişi 8-ci mərtəbədən yıxılıb.
Milli.Az bildirir ki, hadisə Şerbinka stansiyasında baş verib. Həmin şəxs möcüzə nəticəsində sağ qalıb və fahişə tərəfindən otağa kilidləndiyini iddia edib.
Həmin şəxs Ostafyevo yaşayış kompleksinin 7-ci mərtəbəsində kondisionerin üstünə düşüb. O, təcili yardım xidmətləri tərəfindən xilas edilib.
Zərərçəkənin dediyinə görə, qeyri-adekvat vəziyyətdə olub. Belə ki, o, bir qadınla narkotik istifadə edib, bundan sonra qorxaraq mənzildən qaçmağa çalışıb. Kişinin iddiasına görə, xanım normal qaydada onu buraxmaq istəməyib. /Lent.az
Milli.Az