İsrail hökumətinin Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasını təsdiqləməsinin ardından Qətər atəşkəsin başlayacağı vaxtla bağlı açıqlama verib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, İsrailin atəşkəs və əsir mübadiləsi razılaşmasını təsdiqləməsinin ardından Qətər Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin sabah səhər saat 09:30-da qüvvəyə minəcəyini açıqlayıb.
İsrail baş nazirlikdən verilən açıqlamada saziş layihəsinin kabinet iclasında təsdiqləndiyi açıqlanıb.
Bəyanatda deyilir ki, məhbusların azadlığa buraxılması qrafiki bazar günü yanvarın 19-dan tətbiq olunmağa başlayacaq. Razılaşma İsrail təhlükəsizlik kabineti tərəfindən təsdiqləndikdən sonra Nazirlər Kabinetinin iclasında da müzakirə edilib.
24 nazirin lehinə, 8 nazirin isə əleyhinə səs verdiyi razılaşma, atəşkəsin yekun təsdiqi deməkdir.
Qətər Xarici İşlər Nazirliyi atəşkəsin təsdiqi ilə "Qəzzada atəşkəs sabah səhər saat 09:30-da qüvvəyə minəcək" açıqlamasını verib.
Fidan
Milli.Az