4 nəfəri aldadıb 38 min manatını aldı

17 Yanvar 2025 18:11

Bakıda 4 nəfərə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində dörd nəfərin aldadılaraq ümumilikdə 38600 manatının dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 48 yaşlı İ.Mirzəyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Milli.Az