Saqqız çeynəmək stressi azaldır

18 Yanvar 2025 06:19

Həyatımızın ayrılmaz bir hissəsi olan stress müxtəlif səbəblərdən meydana gələ bilər və bəzən gündəlik həyatımıza mənfi şəkildə təsir edir.

Milli.Az xəbər verir ki, streslə mübarizə üsullarını öyrənmək və tətbiq etmək bu vəziyyətlə başa çıxmağımıza kömək edə bilər. Rusiyalı psixoloq Yelena Qorelova streslə mübarizə üçün bəzi effektiv strategiyaları paylaşaraq bu sahədəki biliklərini bölüşüb. O, emosiyaları idarə etməyi və istirahət etməyi öyrənməyin vacibliyini vurğulayıb.

Qorelova stresin insanlar üzərində mənfi təsirini azaltmaq üçün özümüzü mühakimə etməməyin əhəmiyyətini bildirir. Onun fikrincə, daxili reaksiyalarımızı anlamaq və onlara nəzarət etmək, psixo-emosional vəziyyətimizi yaxşılaşdırmaq üçün mühüm addımdır. Stresin qarşısını almaq və ondan azad olmaq üçün fiziki fəaliyyət, meditasiya və yaxınlarla ünsiyyət kimi üsullar da çox faydalıdır. Bu metodlar daxili tarazlığı bərpa etməyə və stressi azaltmağa kömək edir.

Bundan əlavə psixoloq düzgün istirahət və nizamlı yuxunun əhəmiyyətini də xatırladır. Hətta gün ərzində yalnız 10-15 dəqiqə meditasiya və ya nəfəs məşqləri ilə məşğul olmaq, bədənin və zehinin rahatlamasına kömək edə bilər.

Qorelova həmçinin "yox" deməyi öyrənməyin vacibliyini qeyd edir. Bu, həm zamanımızı, həm də resurslarımızı qorumağa kömək edəcək. Onun fikrincə, stresli vəziyyətlərdən çıxmaq və dəstək almaq üçün dostlardan, ailə üzvlərindən və ya mütəxəssislərdən kömək istəməkdə heç bir çətinlik olmamalıdır.

Dietoloq Marina Makişan isə küncütün streslə mübarizədə faydalı olduğunu vurğulayıb. Küncüt, maqneziumla zəngindir və bu maddə narahatlıq və sinir gərginliyini aradan qaldırmağa kömək edir. Eyni zamanda, psixoloq Dmitri Stepanov saqqız çeynəməyin üz əzələlərini rahatlaşdırmağa və stresin təsirini azaltmağa kömək etdiyini qeyd edir. Saqqız çeynəmək trigeminal siniri aktivləşdirərək əzələlərin gərginliyini azaldır və mənfi emosiyaların qarşısını alır.

Elmi araşdırmalar da stresin beyindəki funksiyalara təsir göstərdiyini göstərir. Toronto Universitetinin alimləri güclü stresin yaddaş pozğunluqlarına səbəb olduğunu və təhlükəsiz vəziyyətlərlə təhlükəli vəziyyətləri qarışdırmağa yol açdığını müəyyən ediblər.

Bu tövsiyələr gündəlik həyatımızda stresslə başa çıxmaq üçün sadə, amma təsirli yanaşmalar təqdim edir. Stresdən azad olmaq və həyatın çətinliklərinə daha hazırlıqlı yanaşmaq üçün bu metodları tətbiq etmək faydalı ola bilər.


Milli.Az