Bakıda xəstəxanaya gedən qadın qəfil öldü

17 Yanvar 2025 13:33

Bakıda xəstəxanada qadın qəfil vəfat edib.

Milli.Az xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib.

Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır./"qafqazinfo" 

Milli.Az