İnternetin sərbəstlik mühiti təqdim etməsinə baxmayaraq bu sərbəstlik həmişə məhdudiyyətsiz olmur və hökumətlər, məhkəmələr, dövlət qurumları müxtəlif səbəblərlə Google və YouTube platformalarında məzmunların silinməsini tələb edə bilirlər.
Milli.Az xəbər verir ki, son araşdırma dünyanın ən çox senzuraya məruz qalan veb-saytının YouTube olduğunu üzə çıxarıb.
VPN təminatçısı "Surfshark"ın araşdırmasına görə 2020-ci ildən bəri "Google"a edilən 300 mindən çox məzmun silmə tələbinin 54%-i YouTube-a, 31%-i isə Google Axtarış sisteminə yönəlib. Qalan 15% isə "Google"ın digər xidmətlərinə aid edilib. "YouTube"un bu qədər senzura ilə qarşılaşması, onun geniş auditoriyası və video məzmunlarının daha çox diqqət çəkməsi ilə əlaqələndirilir.
Senzura tələblərində əsas lider ölkələr arasında Rusiya xüsusi yer tutur. İkinci yerdə 8.000 tələblə Hindistan, üçüncü yerdə 6.000 tələblə Türkiyə qərar tutub. Cənubi Koreya isə əsasən Google Axtarış üzərindən məzmunları məhdudlaşdırır. ABŞ isə bu məsələdə daha alt sıralarda yer alır.
Bununla yanaşı, araşdırma yalnız 150 ölkəni əhatə edir və 2024-cü ilə aid məlumatlar iyun ayına qədər toplanıb. Təhlildə tələblərin sayı göstərilsə də, hər bir tələb üzrə neçə məzmunun silindiyi barədə məlumat yoxdur.
İsmayıl
Milli.Az