Azra Akının başına iş gəldi - Xəstəxanaya yerləşdirildi - FOTO

17 Yanvar 2025 14:50

Keçmiş "Miss Türkiyə" və "Dünya Gözəli" Azra Akın bədbəxt hadisə yaşayıb.

Milli.Az Türk mediasına istinadla xəbər verir ki, o, bir neçə gün əvvəl pilləkənlərdən yıxılaraq belindən xəsarət alıb.

Hadisə nəticəsində xəstəxanaya çatdırılan Akın həkimlərin məsləhəti ilə bir neçə gün istirahət etməli olub.
Hazırda "Kaktüs Çiçeği" teatr tamaşasında işləyən Akın aldığı zədə səbəbindən səhnəyə çıxa bilməyib və tamaşaların bir neçə gün təxirə salınması qərara alınıb.

Qeyd edək ki, Azra evlidir və 2 uşaq anasıdır.

Fidan
Milli.Az