Perunun şimalındakı Amasonas regionunda polis helikopterinin qəzalı enişi nəticəsində 11 nəfər yaralanıb.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, yaralananlardan səkkizi polis təyyarəsi ilə xəstəxanaya çatdırılıb, qalan üç nəfər isə Peru ordusunun təyyarəsi ilə təxliyə edilib.
Peru Polis İdarəsi bildirib ki, qəza qanunsuz faydalı qazıntıların hasilatına qarşı əməliyyat zamanı baş verib. Rəsmi şəxslərin sözlərinə görə, pilotların peşəkarlığı sərnişinlərin və ekipaj üzvlərinin ciddi xəsarətlər almasının qarşısını alıb.
Fidan
Milil.Az