İsrail atəşkəsi rəsmən təsdiqlədi

17 Yanvar 2025 10:14

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi İsrail, HƏMAS hərəkatı, ABŞ və Qətər tərəfindən girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib.

Milli.Az xəbər verir ki, bu barədə baş nazirin ofisi bəyanat yayıb.

Bildirilib ki, bu sənədi Dohada İsrail, HƏMAS hərəkatı, ABŞ və Qətər nümayəndələri imzalayıb.

"Baş nazirin dəftərxanası cümə günü səhər saatlarında yaydığı məlumatda girovların azad edilməsi və Qəzzada atəşə son qoyulması üçün razılaşmanın imzalandığını açıqlayıb", - məlumatda deyilir.

Bundan əvvəl Qətər hökumətinin başçısı Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə edildiyini açıqlamışdı.

Nərmin
Milli.Az