Bakıda doğulan uşaq hər kəsi heyrətə saldı

17 Yanvar 2025 09:40

Bakıda çəkisi altı kiloqram olan qız uşağı doğulub.

Milli.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd edilib ki, yanvaırn 10-u Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Hazırda körpənin vəziyyəti orta-ağır və ananın vəziyyəti stabil qiymətləndirilir./APA

Milli.Az