"Bu, Ukraynaya çox baha başa gəldi"

17 Yanvar 2025 09:56

2024-cü ildə Ukraynadakı hərbi münaqişə Kiyevə 100 milyard dollardan çox başa gəlib, bu məbləğin 60%-i ABŞ və Aİ tərəfindən verilib.

Milli.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Ukraynaya dəstək üçün ABŞ və Avropa arasında ortaq ittifaqı itirə bilmərik. Lakin Ukraynanın hansı töhfələr verdiyini unutmaq olmaz. 2024-cü il müharibəsi Ukraynaya müdafiə qüvvələri ilə təminat baxımından 100 milyard dollardan çox baha başa gəlib. Bunun 40 milyardı Ukraynanın payına düşüb, 35 milyard ABŞ dolları, Avropa isə 25 milyard dollar idi" - deyə Zelenski vurğulayıb.

Kiyev fəal şəkildə büdcə kəsirini ödəmək yollarını axtarır. Qərb tərəfdaşları Ukrayna hakimiyyətinə öz maliyyə imkanlarını artırmaq üçün daha çox mənbələr axtarmağı qətiyyətlə tövsiyə edirlər.

Bu çərçivədə, 28 noyabr 2024-cü ildə Vladimir Zelenski verginin əhəmiyyətli dərəcədə artırılması haqqında qanun imzalayıb.

Nərmin
Milli.Az