Futbol üzrə İngiltərə Premyer Liqasında XXI tura yekun vurulub.
Milli.Az xəbər verir ki, dumanlı albionda həftəyə 2 matçla yekun vurulub.
"İpsviç" doğma meydanda "Brayton"u qəbul edib. Qonaqlar matçın 2-ci hissəsində vurduğu 2 cavabsız qolla səfərdən 3 xalla qayıdıb (0:2).
Günün ikinci matçında isə yeni baş məşqçisi Ruben Amorimlə uğursuzluq zolağında gəzən "Mançester Yunayted" və "Southempton" qarşı-qarşıya gəlib.
Dramatik sonluqla keçən matçda "Old Tarfford"a toplanan azarkeşlər möhtəşəm geridönüşə şahid olublar.
82-ci dəqiqəyə 0:1 geridə girən mankunianlar Amad Diallonun ardıcıl 3 qolu ilə oyundan 3 xalı qoparmağı bacarıb (3:1).
Beləliklə, xallarının sayını 26-ya yüksəldən "qırmızı şeytanlar" turnir cədvəlində 12-ci pilləyə yüksəliblər.
"Southempton" isə aktivindəki 6 xalla liqanın dibinə dəmir atmağa davam edib.
Milli.Az