Kemeron Diaz üçün 10 ildən sonra İLK

18 Yanvar 2025 02:02

"Netflix" onlayn kinoteatrı "Back in Action" adlı döyüş filminin son treylerini təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, Kemeron Diazın iştirakı ilə son 10 il ərzində çəkilən ilk filmdir.

Yeni filmin premyerası yanvarın 17-də baş tutacaq.

"Back in Action" keçmiş xəfiyyələr Emili və Mettin ailə həyatı qurmaq üçün işlərindən imtina etməsindən bəhs edir. Lakin bir neçə il sonra qəhrəmanlar yenidən casusluq dünyasına qayıdırlar.

Filmdə baş rolları Kemeron Diazla yanaşı Ceymi Foks canlandırıb. Layihənin rejissoru Set Qordondur.

Milli.Az