15:46
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb.
Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy polis şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıblar. Oğlan və qız polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib.
Qeyd edilib ki, qızın nikah yaşına çatmadığı üçün ailəsinə verildiyi barədə istintaq bölməsindən məlumat verilib, hazırda araşdırma aparılır.
11:40
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb.
Milli.Az bildirir ki, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb. Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Diləfruz Məmmədova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Faktla bağlı Goranboy rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon Polis Şöbəsində araşdırma başlanıb. /Apa
Milli.Az