Bu gün doğma yurda qürur hissi ilə qayıdıram – Cəbrayıl sakini

16 Yanvar 2025 08:39

Bu gün doğma yurdum - Cəbrayıla qürur hissi, sevinci hissi ilə qayıdıram.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Gülhüseyn Bayramov deyib.

Onun sözlərinə görə, kiçik yaşlarında, 3 yaşında doğma Cəbrayılı tərk etmək məcburiyyətində qalıb. İndi isə artıq ailəsi ilə birlikdə 35 yaşında doğma yurda qayıdır.

"Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah prezidentimizi də var eləsin ki, bu anı bizə yaşatdı. Zəhməti olan hər bir şəxsə öz təşəkkürümü bildirirəm.

Körpəm indi səkkiz aylıqdır. İnşallah onu Cəbrayıldan hərbi xidmətə yola salacağıq", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Milli.Az