Qətlə yetirilən şagirdin FOTOSU

16 Yanvar 2025 07:19

07:19

Sumqayıt şəhərində qətlə yetirilən 17 yaşlı Emil Elçin oğlu Qələndərovun görüntüsü yayıılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.

Məlumata görə, Emil Qələndərov söyüşə görə iki qardaş tərəfindən qətlə yetirilib.

E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.

Milli.Az oxu.az-a istinadən  həmin fotonu təqdim edir:

---------------
2025.01.15

Sumqayıtda yeniyetmənin qətlinə görə saxlanılanlar var.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.

xxx

Sumqayıtda qətl hadisəsi olub.

Milli.Az xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.

2008-ci il təvəllüdlü Emil Elçin oğlu Qələndərov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Fakt araşdırılır./APA

Milli.Az