"Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Azerbaijan Kids Fashion Show 2025" yarışması keçirildi. Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak etdi. Azerbaijan Kids Fashion Show 2025 adlı uşaq moda yarışmasında 82 model iştirak etdi. Modellərin 36-ı qız, 46-ı oğlandır. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər,dövlət rəsmiləri iştirak etdilər.
"Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır!"- "Star Kids Group"MMC -nin direktoru Aygün Əliyeva qeyd edib.
Münsiflər heyyəti:
• Zenfira Ağayeva - Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri
• Almaz Ələsgərova - Azərbaycan Respublikasının əməkdar artisti
• Şəlalə Maqsudova - Modelyer Dizayner
• Leyla Əhmədova - Modelyer Dizayner
• Nərmin Abbasova - Sahibkar
• Afaq Əliyeva - Beynəlxalq Humanist Pedaqogika Təşkilatının idarə heyətinin sədr müavini
• Şəhriyar Əbilov - Tanınmış aktyor və aparıcı
• Cahan Qurban - Azerbaijan Kids Fashion Show 2023 cü ilin qalibi və Azerbaijan Kids Best Model 2023-cü ilin qalibi
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az